14 yaşlı qıza əxlaqsız hərəkət edənlər həbs olundu

14 yaşlı qıza əxlaqsız hərəkət edənlər həbs olundu

Hadisə 20.12.2025 17:09 21

Ağsu rayonunda yetkinlik yaşına çatmayan şəxslə bağlı törədilmiş qanunazidd əməllərə görə iki nəfər cinayət məsuliyyətinə cəlb edilib.

Az24.az xəbər verir ki, iki nəfər rayon sakini 2011-ci il təvəllüdlü Günel Məmmədovaya (ad və soyad şərtidir) qarşı əxlaqa və qanunvericiliyin tələblərinə zidd hərəkətlər edib.

Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 24 yaşlı V.İlyasov və 26 yaşlı R.Vəlizadə müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı Ağsu Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, onlar təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunaraq, barələrində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib. Cinayət işi üzrə istintaq tədbirləri aparılır. (Oxu.az)

Reklam