İş adamının 8 milyonluq əmlakı müsadirə olundu – İçində məşhur hotel də var

İş adamının 8 milyonluq əmlakı müsadirə olundu – İçində məşhur hotel də var

Cəmiyyət 20.12.2025 16:56 133

İş adamı Məzahir Hüseynova məxsus milyonluq mülklər müsadirə olunub.

Az24.az xəbər verir ki, Teleqraf-ın əldə etdiyi məlumata görə, söhbət İsmayıllı rayonu Ticran kəndində yerləşən 5 müxtəlif ictimai-iaşə obyektindən gedir.

Bunların sırasına “Zəngəzur Harmony” hoteli də daxildir. Üçmərtəbəli sözügedən hotelin satış qiyməti 2 milyon 380 min manat dəyərləndirilib.

İş adamının istirahət kompleksinin daxilində yerləşən və müsadirə olunan əmlaklarından digərlərinin qiyməti isə 2.8 milyon və 1 milyon 220 min manatdır. Dövlət hərracında satılacaq digər iki obyektin qiyməti isə 800 min manat civarındadır.

Hərrac gələn il yanvarın 8-də keçiriləcək.

Reklam