600 bal toplayan 200 nəfərin göstəricisini ləğv etmişdik – DİM sədri

600 bal toplayan 200 nəfərin göstəricisini ləğv etmişdik – DİM sədri

Cəmiyyət 20.12.2025 15:40 16

“600 baldan yuxarı nəticə göstərən 200 nəfərin nəticəsini ləğv etmişdik”.

Az24.az xəbər verir ki, bunu “Trend”ə müsahibəsində Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə bildirib:

“Bu cür hallar həmişə olub. Bizim cəmiyyət nədənsə bu məsələlərdə unutqan davranır. 1998-ci ildə də, 2004-cü ildə də oxşar hallar baş verib: kimsə kiminsə əvəzinə imtahana girirdi. Biz bunları aşkarlayırdıq, cinayət işləri açılmışdı. Hər dəfə də təşkilatçılar təhsil işçiləri olub.

2004-cü ildə imtahanda 600 baldan yuxarı nəticə göstərən 200 nəfərin nəticəsini ləğv etmişdik. Həmin hadisədə təşkilatçı universitet müəllimi idi – dosent, elmi dərəcəsi, namizədlik dissertasiyası da var idi”.

“2022-2023-cü illərdən isə bilirik ki, vəziyyət dəyişib, artıq bəzi texniki cihazlar mövcuddur. Əvvəlcə onu qeyd edək ki, bu cihazların ölkəyə gətirilməsi və istifadəsi qanunvericiliyə ziddir. Müvafiq orqanların razılığı tələb olunur. İmtahanda belə cihazlardan istifadə olunduqda biz bunu həmişə aşkarlamışıq. Necə aşkarladığımızı demək istəmirəm. Çünki metodlarımızı izah etdikdə, bu, qarşı tərəfə aydın olur və onlar yeni yollar axtarırlar. Bu, virus-antivirus məsələsinə bənzəyir”, – deyə o söyləyib.

Reklam