Pensiyası kəsilən bu şəxslər təqaüdlərini bərpa edə biləcəklər
Sahil Babayevin nazir təyin olunmasından sonra sosial sahədə aparılan islahatlar çərçivəsində bir sıra şəxslərin saxta yollarla pensiya və əlillik ödənişi aldığı müəyyən edildi. Bu hallar aşkarlanandan sonra həmin şəxslərin pensiyaları kəsildi. Lakin islahatlar zamanı real sağlamlıq problemi olan bəzi şəxslərin də pensiyalarının dayandırıldığı haqda iddialar yayılırdı.
Bəs, pensiyası kəsilən şəxslər problemlərini sübut etdikləri halda təqaüdlərini yenidən bərpa etdirə bilərlər?
Az24.az xəbər verir ki, mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, pensiyası kəsilən şəxslər hüquqlarını sübut etdikləri halda mübarizə apararaq təqaüdlərini bərpa etdirə bilərlər.
Onun sözlərinə görə, əgər vətəndaşın pensiya almaq hüququ qanunvericiliyə uyğundursa və ona qarşı haqsızlıq edilibsə, bu halda hüquqi mexanizmlərdən istifadə etmək mümkündür:
“Kimin pensiyası kəsilibsə, mübarizə aparıb pensiyasını bərpa edə bilər. Bu, onların qanuni haqqıdır. Əgər kəsilmə zamanı qanunsuzluq müəyyən olunarsa, pensiya yalnız bundan sonrakı dövr üçün deyil, kəsildiyi əvvəlki müddətlər üzrə də bərpa olunacaq.”
Xalid Kərimli qeyd edib ki, Sahil Babayevin nazir olduğu dövrdə sosial təminat sahəsində qaydalar ciddi şəkildə dəyişdirilib. Bu dəyişikliklərin əsas məqsədi qanunsuz yollarla əlillik və pensiya ödənişi alan şəxslərin qarşısını almaq olub:
“Qanunsuz əlillik pulu alanların ödənişləri dayandırıldı. Eyni zamanda qanunvericilik dəyişdirildi ki, daha az sayda, amma həqiqətən ehtiyacı olan insanlara əlillik və sosial ödənişlər verilsin.”
İqtisadçının sözlərinə görə, real problemi olan şəxslər sənədlərlə bunu sübut etdikdə, onların pensiyalarının yenidən bərpası mümkündür.
Reklam
Oxşar xəbərlər
Gəlinə ata evində araq içirib yola saldılar – VİDEO
Bu şəxslərə bayramla əlaqədar 500 manat mükafat verildi – RƏSMİ
Boğazında çörək qalan şagirdi belə xilas etdilər – ANBAAN VİDEO
Pensiya alanlara ŞAD XƏBƏR
5 min məhbus azadlığa çıxacaq, 15 min nəfərin isə…
Dekabrın 21-i ilə bağlı əhaliyə XƏBƏRDARLIQ