İstirahət gününün havası açıqlandı
Bazar günü, dekabrın 21-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.
Az24.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 3-6, gündüz 8-10 dərəcə isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunundan 767 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 9-12 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq.
Reklam
Oxşar xəbərlər
Vətən müharibəsi iştirakçısı vəfat etdi – FOTO
600 bal toplayan 200 nəfərin göstəricisini ləğv etmişdik – DİM sədri
Pensiyası kəsilən bu şəxslər təqaüdlərini bərpa edə biləcəklər
Tanınmış həkimdən nazirə SƏRT CAVAB: Müəllim sənin qulundur?
Yol polisi sürücülərə müraciət etdi
Rəşad Dağlı Kərimin məzarına əklil göndərdi – FOTO
Bakıda Yeni il yarmarkası fəaliyyətə başladı