Britaniya miqrasiya qaydalarını sərtləşdirir
Böyük Britaniya hökuməti artan anti-immiqrant narazılıqları və sağçı siyasi qrupların təzyiqləri fonunda son illərin ən ciddi miqrasiya islahatlarını həyata keçirməyə hazırlaşır.
Az24.az-ın CNN-ə istinadən məlumatına görə, yeni islahat paketi bazar ertəsi Leyborist hökuməti tərəfindən geniş şəkildə açıqlanacaq. Bildirilir ki, yeni model müəyyən qədər sərt miqrasiya qanunları ilə tanınan Danimarkanın təcrübəsinə əsaslanacaq.
Hazırlanan dəyişikliklər əsasən, Fransadan Böyük Britaniyaya kiçik qayıqlarla edilən qanunsuz keçidlərin qarşısını almağı hədəfləyir. Bu çərçivədə qaydaların daha sərt olması planlaşdırılır.
Daxili İşlər naziri Şabana Mahmood-un təqdim edəcəyi islahat paketinə qaçqınlara daimi statusun verilməsinin dayandırılması, həmçinin miqrantların yaşayış xərclərinə dövlət dəstəyinin azaldılması daxildir. Məqsəd ölkəni qanunsuz miqrasiya üçün daha az cəlbedici məkana çevirməkdir.
Daxili İşlər naziri Şabana Mahmood X platformasında paylaşdığı videomüraciətində bildirib ki, bazar ertəsi ölkənin müasir sığınacaq sisteminə son illərin ən ciddi dəyişiklikləri təqdim olunacaq.
Nazirin sözlərinə görə, qanunsuz yollarla ölkəyə daxil olanların sayını azaltmaq məcburiyyətindədirlər:
“Burada qalmaq üçün hüququ olmayan şəxslərin geri göndərilməsi prosesi də sürətləndirilməlidir. Böyük Britaniya həmişə təhlükə altında olan insanlara sığınacaq verən ölkə olaraq qalacaq, lakin sistemə nəzarəti və qaydanı bərpa etmək artıq zəruridir”.
Reklam
Oxşar xəbərlər
SENSASİON İDDİA: İmran Xan həbsxanada öldü
Türkiyədə gündəm olan ailə zəhərlənməyibmiş – Ölüm səbəbi açıqlandı
Sülh razılaşması üzrə irəliləyiş əldə olunub – Ağ Ev
İran parlamentindən gülünc doğuran FOTOLAR – Deputatlar belə işləyir
Bu geyimləri uşaqlarınıza ALMAYIN! – Valideynlərə XƏBƏRDARLIQ
İran dünyanı belə aldatdı: Sərgidəki robotlar insan çıxdı – VİDEO
İmamoğlunu 2352 ilə qədər həbs gözləyir