Rafiq Hüseynovun qızı məzun oldu – FOTOLAR
Xalq artisti, mərhum televiziya diktoru Rafiq Hüseynovun qızı London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin (LSE) magistr pilləsini fərqlənmə diplomu ilə başa vurub.
Az24.az xəbər verir ki, Leyli Hüseynli bu sevincini sosial şəbəkə hesabında paylaşıb:
“Elə bu an etibarilə mən artıq məzunam!
İllərdir karyerama üstünlük verdikdən sonra yenidən tələbə olmağın necə olacağını bilmirdim. Zaman keçdi və mən magistr təhsilimi fərqlənmə ilə başa vurdum.
Bu yol mənə bu müddətdə sahib olduğum dəstəyi daha çox dəyərləndirməyi öyrətdi. Minlərlə kilometr uzaqlıqdan belə o dəstəyi hiss edirdim – hər dərsdə, hər xoş anımda bunu duyurdum.
LSE mərhələsinin bitdiyini deyə bilmərəm. Çünki tanış olduğum insanlar və qazandığım biliklər bundan sonrakı həyatımın hekayəsində əsas xətt kimi yer alacaq.
Ailəmə, müəllimlərimə və ən əziz dostlarıma sonsuz minnətdaram. Biz bacardıq!”
Qeyd edək ki, Leyli Rafiq Hüseynovun dördüncü evliliyindən dünyaya gələn qızıdır.




Reklam
Oxşar xəbərlər
Kıvanç Tatlıtuğun yeni layihəsi
“Lətafət 13 il qızımla görüşməyimə icazə verməyib” – VİDEO
Röyanın oğlu bu universitetə daxil oldu
“O qız Azərbaycan üzrə “botoks” gözəli ola bilər” – Tolik
Balaəli ata oldu
Mehriban Xanlarova Narkoloji Dispanserə niyə getdi? – AÇIQLAMA