Azərbaycanlı bloger əməliyyatdan sonra xəstəxanada öldü – FOTO (YENİLƏNDİ)

Azərbaycanlı bloger əməliyyatdan sonra xəstəxanada öldü – FOTO (YENİLƏNDİ)

Cəmiyyət 20.12.2025 16:30 13

Ömrü Sultani kimi tanınan bloqer Tünzalə Sultanovanın vəfat etdiyi iddia olunur.

Az24.az oxu.az-a istinadən xəbər verir ki, sosial mediada edilən paylaşımlarda Tünzalə Sultanovanın boğaz nahiyəsində zob aşkar edildiyi və bundan sonra tibbi müayinələr zamanı onun bədxassəli şiş olduğu müəyyən olunub.

Ötən gün onun əməliyyat edildiyi və vəziyyəti ağırlaşaraq komaya düşdüyü qeyd edilib.

Lakin bu gün sosial şəbəkə edilən paylaşımlarda onun “EGE Hospital”da vəfat etdiyi iddia olunub.

Məlumatı dəqiqləşdirmək üçün klinikanın nömrələri ilə əlaqə saxlamağa cəhd etsək də, zənglərimizə cavab verən olmadı.

***

Sosial mediada Ömrü Sultani adı ilə tanınan bloger Sultanova Tünzalə ilə bağlı narahatedici məlumatlar yayılıb.

Az24.az xəbər verir ki, iddialara əsasən, bloger müalicə üçün yerləşdirildiyi tibb müəssisəsində əməliyyat olunub.

Məlumata görə, onun boğaz nahiyəsində zob aşkarlanıb və həkim müayinəsindən sonra cərrahi müdaxiləyə ehtiyac yarandığı bildirilib. Əməliyyatdan sonra isə Tünzalə Sultanovanın səhhətinin kəskin şəkildə pisləşdiyi, hətta komaya düşdüyü iddia olunur.

Qeyd edək ki, yayılan bu məlumatlar hələlik rəsmi qurumlar və ya yaxınları tərəfindən təsdiqlənməyib. Hadisə ilə bağlı dəqiq açıqlamanın verilməsi gözlənilir. (milli.az)

Reklam