Kıvanç Tatlıtuğun yeni layihəsi

Kıvanç Tatlıtuğun yeni layihəsi

Şou 20.12.2025 09:25 15

Türkiyənin məşhur aktyoru Kıvanç Tatlıtuğun yeni serial layihəsi açıqlanıb.

Az24.az Türkiyə mətbuatına istinadla xəbər verir ki,  aktyor “Dönence” adlı serialda baş rolu canlandıracaq. Kıvanç Tatlıtuğ ekran işində “Əli” obrazı ilə tamaşaçı qarşısına çıxacaq.

Bildirilir ki, serialın çəkilişlərinə mart ayında başlanılacaq və layihə “Disney Plus” platformasında yayımlanacaq.

Qeyd edək ki, Kıvanç Tatlıtuğ bundan əvvəl “Ailə” serialındakı rolu ilə yadda qalıb.

Dəniz

Reklam