Şərt qoyuldu: Fəzail Ağamalı və qızı partiyadan getməli, oğlu soyadını dəyişdirməlidir
Ana Vətən Partiyasında (AVP) keçirilən qalmaqallı qurultaydan sonra partiya daxilində gərginlik daha da artıb.
Az24.az modern.az-a istinadən xəbər verir ki, baş verən son hadisələr partiya sədrinin müavini, Milli Məclisin deputatı Günay Ağamalının belə partiyadan kənarlaşdırılması ilə nəticələnə bilər.
Bir müddət əvvəl AVP-nin qurultayında ciddi insident yaşanıb. Tədbir zamanı dava düşüb, tərəflər arasında qarşıdurma yaranıb. Partiya sədri Fəzail Ağamalı qurultayda qızı Günay Ağamalının sədr seçilməsini dəstəklədiyini bildirib və istefa verdiyini açıqlayıb. Lakin qurultay iştirakçılarının böyük qismi onun oğlu Elçin Ağamalını dəstəkləyib.
Gərginliyin artamsı fonunda Fəzail Ağamalı qurultayı yarımçıq dayandırıb. Ardınca Günay Ağamalı atasının faktiki olaraq istefa vermədiyini bəyan edib. Hadisələrin görüntüləri sosial şəbəkələrdə yayılaraq geniş müzakirələrə səbəb olub.
Daha sonra Fəzail Ağamalının oğlu Elçin Ağamalı proseslə bağlı müvafiq dövlət qurumlarına müraciət etdiyini açıqlayıb.
Modern.az-a daxil olan məlumata görə, Ana Vətən Partiyasının İdarə Heyəti məsələ ilə bağlı sərt mövqe ortaya qoyub. Belə ki, Heyət üzvləri Elçin Ağamalı qarşısında şərt qoyub.
O zaman sədrliyinə icazə veriləcək ki, partiyanın nizamnaməsini pozan Fəzail Ağamalı və Günay Ağamalı partiyadan kənarlaşdırılacaq. Daha bir şərt isə Elçin Ağamalının soyadının dəyişdiməsi ilə bağlıdır.
Mənbələrin sözlərinə görə, Elçin Ağamalı bu şərtlərlə razılaşıb və AVP-də gedən proseslər partiyanın fəaliyyətini faktiki olaraq iflic edib. Yaşanan son hadisələr Azərbaycanda bir partiyanın siyasi səhnədən, bir deputatın isə üzvü olduğu partiyadan uzaqlaşmasını qaçılmaz edib.
Reklam
Oxşar xəbərlər
Alen Simonyan Bakıdan dəvət gözləyir
Yaxın zamanda Zəngəzur dəhlizinin tikintisinə başlanılacaq – Nazir
Nazirlikdə yeni təyinat – FOTO
Türk Dövlətlərinə üzv ölkələrin QHT Platforması yaradıldı
Prezident ərzaq təminatı ilə bağlı VACİB FƏRMAN imzaladı
Türkiyə və Belarus sülh danışıqlarında vasitəçi ola bilər – Lavrov
Ukrayna və ABŞ Trampın sülh planı ilə bağlı RAZILIĞA GƏLDİ
Azərbaycan bu ölkələrlə vizanı ləğv etdi – SİYAHI