“60 yaşı var, amma qarını, ayaqları açıq…”

“60 yaşı var, amma qarını, ayaqları açıq…”

Şou 15.01.2026 23:00 57

“Öz aramızda” verilişinin qonağı olan Əməkdar artist Almaz Ələsgərli sənət adamlarının cəmiyyət qarşısındakı məsuliyyəti ilə bağlı fikirlərini bölüşüb.

Az24.az xəbər verir ki, o, xüsusilə bəzi ifaçıların efir və səhnədəki geyim tərzinin tamaşaçı üçün uyğun olmadığını diqqətə çatdırıb.

“Müğənnilərimiz etikadan kənar çıxıb insanları qıcıqlandırmasınlar. Tamaşaçı kimi baxdıqda yaxşı görünmür. Biz insanları sevindirməyə çalışırıq, bizə qulaq asmaları­nı istəyirik. Ona görə də bizdən ibrət götürməlidirlər – danışığımızla, geyimimizlə və davranışımızla”.

Sənətçi vurğulayıb ki, televiziya ekranında nümayiş olunan hər bir detal cəmiyyətə, xüsusilə də uşaqlara pis təsitr göstərir:

“Elə müğənnilər var ki, 55-60 yaşı var, amma qarın-ayaqlar açıq efirə, səhnəyə çıxırlar. Uşaqlar baxır və bu halı normallaşdırırlar. Məncə hər şey yerində, öz yaşına uyğun olmalıdır”.

“Mən belə şeylərə uzağam. Həmin ifaçılar özləri bilər, amma mən razı deyiləm. Evdən çıxanda güzgüyə baxsınlar, geyimlərinə diqqət etsinlər”.

Dəniz

Reklam