5 min məhbus azadlığa çıxacaq, 15 min nəfərin isə…

5 min məhbus azadlığa çıxacaq, 15 min nəfərin isə…

Cəmiyyət 20.12.2025 17:23 11

“Konstitusiya və Suverenlik İli” münasibətilə qəbul edilən Amnistiya aktı çərçivəsində 5 min məhbus azadlığa çıxacaq”.

Az24.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu Milli Məclisin qəbul etdiyi Amnistiya aktından danışarkən deyib.

Onun sözlərinə görə, bu Aministiya aktı çərçivəsində 15 min nəfərin cəzası azaldılacaq: “Bəzilərinin cəzasının bir hissəsi, bəzilərinin isə yarıya qədər azaldılacaq. Biz də buna paralel olaraq bu gün əfv fərmanının verilməsi ilə bağlı Prezidentə müraciət ünvanladıq”.

Qeyd edək ki, Milli Məclis “Konstitusiya və Suverenlik İli” münasibətilə Amnistiya akt qəbul edib. Qəbul edilən Aministiya aktı 20 min məhbusa şamil olunacaq.

Xatırladaq ki, ötən gün Beynəlxalq İnsan Haqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsinin rəhbəri, hüquq müdafiəçisi Səadət Bənənyarlı Qaynarinfo-ya açıqlamasında Əfv fərmanı ilə bağlı Prezidentə müraciət edəcəklərini bildirmişdi:

“Biz Amnistiya aktı ilə yanaşı Əfv fərmanının da verilməsinin tərəfdarıyıq. Yaxın günlərdə bununla bağlı müraciət yayacağıq. Amnistiya aktı 20 minə yaxın şəxsə şamil olunacaq. Bizim tərəfimizdən də siyahı tərtib edilib, amma bilmirik bu akt onlardan kimlərə şamil olunacaq. Bizdə olan məlumata görə, siyahıdakılarla bağlı amnistiya aktı çox az adama tətbiq oluna bilər. Ona görə də Amnistiya aktına paralel əfv fərmanının verilməsini xahiş edəcəyik”.

Reklam