30 manat yardım kimlərə veriləcək? – AÇIQLAMA
3 Dekabr — Beynəlxalq Əlilliyi olan Şəxslər Günü münasibətilə Azərbaycanda əlilliyi olan şəxslərə birdəfəlik maliyyə dəstəyi veriləcəyi gözlənilir. Sosial Xidmətlər Agentliyi bununla bağlı ilkin məlumatı ictimaiyyətə təqdim edib. Yardımın məbləğinin 30 manat olacağı bildirilir və müraciətlərin filiallar və elektron poçt vasitəsilə qəbul ediləcəyi qeyd olunur.
Az24.az “yenisabah”a istinadla xəbər verir ki, Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru Sahib Məmmədov məsələyə münasibət bildirərək qeyd edib ki, bu yardım bütün əlilliyi olan şəxslərə şamil edilmir:
“Bu, əlilliyi olan bütün şəxslərə şamil edilmir, maddi yardıma ehtiyacı olanların kim olduğu qanunvericilikdə göstərilib. Həmin şəxslərin müraciəti əsasında ola bilər ki, onlara birdəfəlik müavinət verilsin. Ölkədə yarım milyona yaxın əlilliyi olan şəxs var, müavinət hamısını əhatə etməyəcək”.
O həmçinin qeyd edib ki, bu cür birdəfəlik müavinətlər hər il verilir və məbləğ ildən-ilə dəyişə bilər:
“Bu cür birdəfəlik müavinətlər hər il verilir, Əmək və Əhalinin Soaial Müdafiəsi Nazirliyinin sərəncamı ilə əvvəlcədən müraciət etmiş şəxslərə və ya müəyyən olunmuş şəxslərə bu cür yardımlar edilir. Məbləğ isə ildən ilə dəyişə bilər. Hər halda, məbləğindən asılı olmayaraq, bu, müsbət addımdır. Bu, əlillərə dəstəyin bir formasıdır”.
Reklam
Oxşar xəbərlər
Hava yenidən dəyişəcək – Bu tarixdən…
Bu ərazilərdə işıq olmayacaq – XƏBƏRDARLIQ
Bu şəxslər əsgərliyə gedəndə 3 500 manat pul alacaq
Onlara işıq pulunda güzəşt edilə bilər
Əli Əsədov sərəncam imzaladı
Uşağın anadan olmasına görə müavinəti necə almaq olar?
Sabah bu ərazidə su kəsiləcək – XƏBƏRDARLIQ
Yanvar ayının pensiyaları niyə artımla ödənilmədi? – AÇIQLAMA