ABŞ Ukrayna ilə bağlı üçtərəfli danışıqlar formatını dəstəkləmir – “Bloomberg”
ABŞ hazırda Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı danışıqlarda Avropa və Kiyev nümayəndələrinin iştirak edəcəyi üçtərəfli görüş formatını dəstəkləmir.
Az24.az xəbər verir ki, bu barədə “Bloomberg“ öz mənbələrinə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, Vaşinqton hazırda Ukrayna üzrə diplomatik prosesin genişləndirilməsinə ehtiyac duymadığını düşünür və üçtərəfli görüşlərin sülh razılaşmasına dair mövcud müzakirələri mürəkkəbləşdirə biləcəyindən narahatdır. Mənbələr bildiriblər ki, ABŞ sülh danışıqlarında hələlik mövcud ikitərəfli kanalların saxlanmasının tərəfdarıdır.
Qeyd olunur ki, Avropa ölkələri Ukrayna ilə bağlı daha aktiv diplomatik rol almağa çalışsa da, ABŞ-ın mövqeyi bu istiqamətdə addımları məhdudlaşdırır. Mövcud vəziyyət Avropa paytaxtlarında narahatlıq yaradıb və sülh prosesinin gələcək formatı ilə bağlı qeyri-müəyyənlik artır.
Məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.
Reklam
Oxşar xəbərlər
SENSASİON İDDİA: İmran Xan həbsxanada öldü
Türkiyədə gündəm olan ailə zəhərlənməyibmiş – Ölüm səbəbi açıqlandı
Sülh razılaşması üzrə irəliləyiş əldə olunub – Ağ Ev
İran parlamentindən gülünc doğuran FOTOLAR – Deputatlar belə işləyir
Bu geyimləri uşaqlarınıza ALMAYIN! – Valideynlərə XƏBƏRDARLIQ
İran dünyanı belə aldatdı: Sərgidəki robotlar insan çıxdı – VİDEO
İmamoğlunu 2352 ilə qədər həbs gözləyir