27 illik inanılmaz səyahət: Dünyanı piyada gəzən adam evinə qayıdır
1998-ci ildə Çilidən dünya turuna piyada çıxan Karl Buşbi (Karl Bushby) 30 min mildən çox məsafə qət etdikdən sonra 2026-cı ildə doğma ölkəsinə çatmağı hədəfləyir.
Az24.az xarici mətbuata istinala xəbər verir ki, 56 yaşlı britaniyalı macəraçı sosial media dövründən çox əvvəl başladığı bu inanılmaz yürüşü 27 ildən sonra yekunlaşdırmaq üzrədir.
Buşbinin iki sadə qaydası olub: heç bir nəqliyyat vasitəsindən istifadə etməmək və ayaqları ilə evinə qayıtmadan geri dönməmək. Hətta ailəsinə, səfər zamanı kimsə vəfat etsə belə geri qayıtmayacağını deyib.
Səyahət həm fiziki, həm də zehni cəhətdən ağır sınaqlarla keçib. Buşbi bir qütb ayısının hücumundan son anda xilas olub, müharibə bölgələrindən keçib və ötən il Xəzər dənizini keçmək üçün bir ay ərzində 186 mil üzüb.
Onun yolu əvvəlcə Amerika qitəsi boyunca, sonra Rusiyaya və Asiyaya uzanıb. İndi isə İngiltərəyə dönüşünün son mərhələsindədir və La-Manş boğazını da üzərək keçəcəyi bildirilir.
Bu hekayəni daha da təsirli edən məqam odur ki, Buşbi 2013-cü ilə qədər heç bir xəritə tətbiqi və ya mobil telefona sahib olmayıb. İlk sensorlu cihazını 2013-cü ildə alıb və bu gün sosial mediada 350 mindən çox izləyicisi var.
Ümumilikdə 30 min mildən çox yol gedən Buşbinin qarşıda təxminən 2 min mili qalıb və onun 2026-cı ilin sonuna qədər vətəninə çatacağı gözlənilir. Bu səyahət müasir dövrün ən möhtəşəm dözümlülük hekayələrindən biri hesab olunur.
Reklam
Oxşar xəbərlər
Dünyanın ən yaxşı 100 yeməyi AÇIQLANDI – SİYAHI
Evdə yemək bişirənlər daha uzun yaşayır – ARAŞDIRMA
Ev şəraitində paltaryuyan maşını BELƏ TƏMİZLƏYİN
Təmiz və parlaq şüşələr üçün ƏN EFFEKTLİ ÜSULLAR
Yeni başlayan münasibətlərdə ən çox edilən 10 SƏHV
Qlobal istiləşməyə qarşı qorxulu addım: Günəşi söndürmək istəyirlər
Ev təmizliyi ilə bağlı çoxlarının bilmədiyi sirlər