237 dərmanın qiymətləri tənzimləndi – QƏRAR
Azərbaycanda daha 237 dərmanın qiymətləri tənzimlənib.
Az24.az xəbər verir ki, bununla bağlı Tarif (Qiymət) Şurası qərar qəbul edib.
Məlumata görə, Şuranın iclasında yeni dövlət qeydiyyatına alınan 237 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiq edilib, 5 dərman vasitəsinin qiymətinin yuxarı həddi aşağı salınıb və etibarlı təchizatın təmin olunması məqsədilə 53 dərman vasitəsinin qiymətinin yuxarı həddində Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli qərarı ilə təsdiq olunmuş Qaydalara və Şuranın 2015-ci il 21 iyul tarixli qərarı ilə təsdiq edilmiş Təlimata uyğun olaraq dəyişikliklər aparılıb.
Ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, qiymətlərinin yuxarı həddi təsdiq edilmiş dərman vasitələrinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində (http://tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib.
Dəyişikliklər 2026-cı ilin yanvarın 1-dən qüvvəyə minəcək.
Reklam
Oxşar xəbərlər
Samur-Abşeron kanalının bərpası BU TARİXDƏ yekunlaşacaq
Bir çox yerlərdə məcburi köçürmələr olacaq – RƏSMİ
Bakının kəndlərində torpağı olanlara ŞAD XƏBƏR
Vətəndaş şəxsiyyət vəsiqəsini itirdikdə nə etməli? – Hüquqi məsləhət
Bu hərbçilərin xidmət müddəti azaldıldı – QANUN
Sulu qar, qar yağacaq – Sabahın havası