2026 dünya çempionatının qrupları müəyyənləşdi

2026 dünya çempionatının qrupları müəyyənləşdi

İdman 05.12.2025 23:31 34

ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi 2026-cı il dünya çempionatının final mərhələsinin püşkatma mərasimi keçirilib.

AZ24.az-ın məlumatına görə, təşkilatçılıq tədbiri ABŞ-ın Vaşinqton şəhərində baş tutub və mundialın qrupları rəsmən müəyyənləşdirilib.

A qrupu: Meksika, Cənubi Afrika Respublikası, Cənubi Koreya, D pley-off qalibi (Danimarka / Şimali Makedoniya – Çexiya / İrlandiya cütünün qalibi)

B qrupu: Kanada, Qətər, İsveçrə, A pley-off qalibi (İtaliya / Şimali İrlandiya – Uels / Bosniya və Herseqovina cütünün qalibi)

C qrupu: Braziliya, Mərakeş, Haiti, Şotlandiya

D qrupu: ABŞ, Paraqvay, Avstraliya, C pley-off qalibi (Türkiyə / Rumıniya – Slovakiya / Kosovo cütünün qalibi)

E qrupu: Almaniya, Kurasao, Kot-d’İvuar, Ekvador

F qrupu: Niderland, Yaponiya, B pley-off qalibi (Ukrayna / İsveç – Polşa / Albaniya cütünün qalibi), Tunis

G qrupu: Belçika, Misir, İran, Yeni Zelandiya

H qrupu: İspaniya, Kabo-Verde, Səudiyyə Ərəbistanı, Uruqvay

I qrupu: Fransa, Seneqal, Norveç, 2-ci pley-off qalibi

J qrupu: Argentina, Əlcəzair, Avstriya, İordaniya

K qrupu: Portuqaliya, 1-ci pley-off qalibi, Özbəkistan, Kolumbiya

L qrupu: İngiltərə, Xorvatiya, Panama, Qana

Açılış matçı Meksika ilə Cənubi Afrika Respublikası arasında keçiriləcək.

Qeyd edək ki, DÇ-2026 iyunun 11-dən iyulun 19-dək davam edəcək və tarixdə ilk dəfə 48 milli komanda mundialda mübarizə aparacaq.

Reklam