2026-cı ilin ƏN YAXŞI elektromobilləri – SİYAHI

2026-cı ilin ƏN YAXŞI elektromobilləri – SİYAHI

Avto 14.01.2026 12:14 5

Bu günlərdə elektromobillər ənənəvi yanacaqlı avtomobillərlə rəqabət aparır və bir çox ölkədə populyardır. Müxtəlif modellərin çoxluğu səbəbindən isə hansı avtomobillərə diqqət yetirmək çətin olur.

“WhatCar?“nəşri 2026-cı ildə yeni ala biləcəyiniz 10 ən yaxşı elektromobili müəyyən edib.

Reytinqə həm premium, həm də büdcəyə uyğun elektromobillər daxil edilib.

2026-cı ilin TOP-10 ən yaxşı elektromobili:

-Renault 5 E-Tech

-Tesla Model 3

-Kia EV3

-Skoda Elroq

-Volkswagen ID. Buzz

-Renault Scenic

-BMW i7

-Porsche Taycan

-Hyundai Inster

-BMW iX

2026-cı ilin ən yaxşı elektromobili Renault 5 E-Tech seçilib. Bu model 2024-cü ildən istehsal olunur.

Nəşr Renault 5 E-Tech-in idarəetməsini tərifləyib, həmçinin bu avtomobilin əla informasiya və əyləncə sisteminə malik olduğunu vurğulayıb. Digər üstünlük isə bu elektromobilin münasib qiyməti olub.

Dəniz

Reklam