2026-cı ilin ƏN ETİBARLI avtomobilləri  – SİYAHI

2026-cı ilin ƏN ETİBARLI avtomobilləri – SİYAHI

Avto 12.01.2026 17:00 3

Sürücülər üçün avtomobil seçimində etibarlılıq həmişə önəmli meyar olub. Uzun illər ciddi nasazlıq yaşamadan istifadə oluna biləcək modelləri bilmək isə hər zaman faydalıdır.

Az24.az xəbər verir ki, “GoBankingRates” 2026-cı ilin ən etibarlı 10 avtomobilini açıqlayıb.

Mütəxəssislər bildirir ki, bu avtomobillər həm gündəlik istifadəyə, həm də uzunmüddətli sərmayə kimi baxıldıqda ideal seçim hesab olunur.

2026-cı ilin etibarlı avtomobilləri:

  1. Toyota Camry
  2. Toyota Prius
  3. Toyota Corolla
  4. Subaru Forester
  5. Subaru Impreza
  6. Lexus NX
  7. Lexus RX
  8. Honda HR-V
  9. Kia Sorento Hybrid
  10. Hyundai Elantra Hybrid

Toyota markası uzun illərdir etibarlılığı ilə seçilir. Son araşdırmalarda “Consumer Reports” Toyota-nı etibarlılıq baxımından birinci yerə çıxarıb. Xüsusilə, Toyota Camry biznes sinifində ən etibarlı model kimi qiymətləndirilib.

Hibrid avtomobillər arasında isə Toyota Prius öndədir. Nəşr bildirir ki, Prius yalnız etibarlı deyil, həm də yanacaq sərfiyyatı baxımından sərfəlidir — təxminən 100 kilometr üçün 4 litr yanacaq istifadə edir.

Etibarlılıq, yanacaq sərfiyyatı və uzunömürlülük baxımından bu modellər 2026-cı ilin sürücüləri üçün əsas seçimlərdən biri olacaq.

Dəniz

Reklam