“20 Yanvar”dakı qəzanın görüntüləri yayıldı – ANBAAN VİDEO
Səhər saat 05 radələrində sıxılmış qaz (LPG) daşıyan yük avtomobili idarəetməni itirərək yol ayrıcında yerləşən maneələrə çırpılıb. İlkin ehtimallara görə, qəza sürücünün nəqliyyat vasitəsinə nəzarəti itirməsi səbəbindən baş verib.
Az24.az xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində yaranan potensial yanğın və partlayış risklərinin qarşısının alınması məqsədilə ərazi polis və digər aidiyyəti qurumlar tərəfindən dərhal nəzarətə götürülüb, təhlükəsizlik tədbirləri görülüb.
Qəza səbəbindən Binəqədi rayonu, Moskva prospektində – tunelə giriş hissədə, Sumqayıt istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq edilib. Ərazidə hərəkətin təhlükəsiz bərpa olunması üçün DYP əməkdaşları tərəfindən zəruri tədbirlər görülüb.
Faktla bağlı araşdırma aparılır.
“Diqqətə çatdırırıq ki, yük avtomobillərinin sürücüləri xüsusilə təhlükəli yüklərin daşınması zamanı sürət rejiminə ciddi riayət etməli, uzun məsafələrdə istirahət fasilələrinə əməl etməlidir. Sürücülər nəzərə almalıdır ki, bir anlıq ehtiyatsızlıq həm özün, həm digər hərəkət iştirakçıları, həm də ətraf mühit üçün ciddi təhlükə yarada bilər”, – deyə NİİM-in müraciətində vurğulanıb.
Az24.az “Qafqazinfo”ya istinadla hadisə anının görüntüsünü təqdim edir:
Reklam
Oxşar xəbərlər
7 yaşlı uşaq BIÇAQLANDI
Harutyunyan ömürlük azadlıqdan məhrum edildi
Bir ailənin 4 üzvü dəm qazından zəhərləndi
Qardaşı uşaqlarını baltalayan əmi həbsdə öldü
Tuneldə geriyə hərəkət edən TIR qəzaya səbəb oldu – ANBAAN VİDEO
Müdafiə Nazirliyinin sabiq mayoru həbs edildi
Bakıda ağır qəza ANBAAN GÖRÜNTÜLƏNDİ – VİDEO
BDU-nun tələbəsi faciəli şəkildə öldü – FOTO