16 yaşlı Nurcan insan alverinin qurbanı olub? – “Bədənində bir cızıq da olmayıb”
Xəbər verdiyimiz kimi, noyabrın 19-da Bakıda yerləşən “Təmiz Dünya” Qadınlara Yardım İB-nin sığınacağında yaşayan 16 yaşlı Nurcan Cəfərova həyatını itirib.
Az24.az xəbər verir ki, ölən azyaşlının qohumları APA TV-yə açıqlamasında yeniyetmənin insan alverinin qurbanı olduğunu iddia ediblər.
Qızın babası Nazim Orucovun sözlərinə görə, əgər o dördüncü mərtəbədən yıxılıbsa, onun bədənində hər hansı bir zədə olardı:
“Zəng etdilər ki, uşağınız dördüncü mərtəbədən özünü atıb. Bakıya getdim, qoymadılar üzünə baxım uşağımın. Düşən yeri göstərmədilər. Üzünü açdılar, amma təmiz baxmağa qoymadılar. Mənə dedilər 100 manat nəvənin “yetimpulu”dur. 40 manatı özləri xərcləmişdilər”.
Qeyd edək ki, “Təmiz Dünya” Qadınlara Yardım İB-nin rəhbəri Mehriban Zeynalova insan alveri iddiaları ilə bağlı bildirib ki, hazırda istintaq davam edir.
Onu bildirək ki, ölən yeniyetmənin atası Elşad Səfərov ölkəyə qayıtdıqdan sonra 18.11.2025-ci il tarixində uşaqdan rəsmi qaydada imtina etmişdi.
Daha ətraflı videomaterialda:
Reklam
Oxşar xəbərlər
Sulu qar, qar yağacaq – Sabahın havası
Bu ərazi PLANA DÜŞDÜ – Yüksək məbləğdə kompensasiya ödəniləcək
Ağadadaş Ağayev amnistiyaya düşdü
Bakıda bu tarixdə əsl qış şaxtası olacaq: – 4 dərəcə şaxta
Azərbaycanda zəlzələ oldu
İcra başçısına ağır itki – FOTO
Yas məclisləri ilə bağlı QƏRAR – Bütün ölkə üzrə…