11 məhəllə karantinə alındı – Türkiytədə bu xəstəlik sürətlə yayılır

11 məhəllə karantinə alındı – Türkiytədə bu xəstəlik sürətlə yayılır

Dünya 08.12.2025 11:02 29

Türkiyənin Muğla vilayətinin Milas rayonunda dabaq (şap) xəstəliyinin aşkarlanması ciddi sanitar tədbirlərin görülməsinə səbəb olub.

Az24.az xəbər verir ki, bir təsərrüfatda yoluxma qeydə alındıqdan sonra rayonun 11 məhəlləsi karantinə alınıb.

Karantin qaydalarına əsasən bölgəyə iri və xırdabuynuzlu heyvanların giriş-çıxışı 30 gün müddətinə qadağan edilib. Eyni zamanda, rayon üzrə 12 mindən çox heyvana dabaq əleyhinə peyvənd vurulub, dezinfeksiya və nəzarət tədbirləri gücləndirilib.

Rəsmi qurumlar xəstəliyin digər bölgələrə yayılmaması üçün monitorinqi davam etdirir.

Dəniz

Reklam