10 il rəis işləyən polkovnik təqaüdə göndərildi

10 il rəis işləyən polkovnik təqaüdə göndərildi

Cəmiyyət 06.01.2026 10:46 141

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğindan Mühafizə Xidmətinin Mingəçevir Şəhər Dövlət Yanğından Mühafizə Dəstəsinin rəisi işdən çıxarılıb. 

Az24.az “Qaynarinfo”ya istinadla xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə 2015-ci ildən sözügedən qurumun rəisi olan polkovnik Mahmudov Sədi Əliağa oğlu vəzifəsindən azad olunaraq, son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Nazirin digər əmri ilə Xidmətinin Mingəçevir Şəhər Dövlət Yanğından Mühafizə Dəstəsinin rəisi vəzifəsinin icrası müvəqqəti olaraq mayor Elşad Məmmədova tapşırılıb.

Reklam